15 C
Baku
Tuesday, September 27, 2022

Türkiyə IMF-dən kredit istəmədiyni açıqladı

Türkiyə ölkəyə kredit ayrılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparmır.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyindən bildiriblər.

“BVF-nin Türkiyəyə kredit ayırması ilə bağlı danışıqların getməsi barədə iddialar həqiqətə uyğun deyil və ictimai rəyin manipulyasiyasıdır. Türkiyə iqtisadiyyatı xarici dəstək olmadan böhran dövrünü arxada qoya bilib”, – Naziriliyin məlumatında deyilir.

Qeyd edək ki, ötən il Türkiyə lirəsi dollar və avroya qarşı dəfələrlə tarixi minimumları yeniləyib, bu valyutalara qarşı 30%-dən artıq dəyər itkisinə məruz qalıb.

Son xəbərlər
Oxşar xəbərlər