32 C
Baku
Sunday, July 14, 2024

Türkiyə İraqın ittihamlarını rədd etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

O, belə informasiyaların həqiqət olmadığını söyləyib.

“Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb”, – XİN başçısı vurğulayıb.

Xatırladaq ki, rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfirini geri çağırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər