28 C
Baku
Saturday, July 27, 2024

Türkiyə İstanbul-İrəvan aviareysləri üçün Ermənistana müraciət edib

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

Şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər