Türkiyə kapitallı bankın Azərbaycandakı törəməsi xalis mənfəət edib

Türkiyə dövlət bankın Azərbaycandakı törəməsi “Ziraat Bank Azərbaycan” ASC-nin aktivləri 1 yanvar 2020-ci il tarixdə 253,49 milyon manat təşkil edib ki, bu da illik 11,2% ilə artımın olması deməkdir.

Banker.az bu barədə Bankın 2019-cı il üzrə açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Aktivlərinin 105,49 milyon manatı müştərilərinə verdiyi kreditlərdir.

Bununla yanaşı bankın cəmi öhdəliklərinin həcmi 182,29  milyon manat təşkil etməklə, bunun, 85,64 milyon manatı müştərilərdən cəlb etdiyi depozitlər olub.

“Ziraat Bank Azərbaycan” ötən il ərzində 17,13 milyon manatlıq faiz gəliri əldə edib, bu da öncəki illə müqayisədə 22%-lik artıma nail olması anlamına gəlir. Bank ötən il ərzində 4,74 milyon manat faiz xərci, 4,15 milyon manat qeyri-faiz gəliri və 8,94 milyon manat qeyri-faiz xərci edib. Nəticədə bankın illik xalis mənfəəti 3,14 milyon manat olub.

Məlumat üçün bildirək ki, “Ziraat Bank Azərbaycan” 2018-ci il üzrə illik xalis mənfəəti 1,37 milyon manat təşkil etmişdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları