29 C
Baku
Thursday, July 25, 2024

Türkiyə lirəsi dollar qarşısında kəskin dəyər qazanır – USD/TRY 11-ə düşüb

Türkiyə lirəsi ötən gün hökumətin bir sıra qərarlarından sonra ABŞ dolları qarşısında ticarət sessiyası ərzində kəskin dəyər qazanıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 10:30 radələrində dollar/TL cütlüyünün məzənnəsi 2.61214 lirə, yaxud 16% düşərək 11.0937 səviyyəsinə düşüb.

Ərdoğan dollar/TL məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif irəli sürüb.

“Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməyə ehtiyacı qalmayacaq”- deyə, o bildirib.

Ölkə lideri valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcəyini vurğulayıb. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək (Məsələn, Mərkəzi Bank ixracatçıya deyəcək ki, siz Dollar/TL məzənnəsini 18 lirədən götürərək qiymət verin. Əgər gələcəkdə məzənnə 19 lirəyə yüksələrsə, aradakı fərq Mərkəzi Bank tərəfindən ixracatçıya ödəniləcəkdir).

Ərdoğan qeyd edib ki, Türkiyədə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq.

ABŞ-da yaşayan azərbaycanlı professor Fariz Hüseynli bildirir ki, bu dolaylı faiz artımıdır.

“Bu həm də maliyyə dilində sintetik opsiyon (option) satmaqdır. Yəni lirədə qal, ya lirəyə keç, amma itirsən fərqi ödəyəcəyik. Düzdür belə olanda əslindəlirədən dollara keçmək sərf eləmir, çünki yekunda itirirsən, dollar zəifləyəndə qazanmadığın üçün”.

F.Hüseynli əlavə edir ki, bunu psixoloji olaraq hamı keçir. “Həm də əsas məqsəd yastıq altındakı pulların bank sisteminəlirəolaraq gəlməsidir. Əslində opsiyon alan elə volatillik sevər”.

Bəs faizi-fərqi kim ödəyəcək? Xəzinə. Necə?

“Ya pul çapı ilə, ya əlavə vergilərlə, ya da borc alaraq. Amma təkcə depozitlərə şamil olunduğundan dövlətə borc vermək və eləcə də birjaya lirədə yatırım etmək marağı zəifləyir. İqtisadiyyata daraldıcı təsiri olur. Faiz artımı da belə olacaqdı”.

F.Hüseynliyə görə, burada əks təsir də var. “Büdcəyə yük düşəcək, lirə təklifi artacaq. Deməli inflyasiya da artacaq. Düzdür Türkiyədə inflyasiyaya əsas təsirlirənin zəifləməsidir, sonra büdcə kəsiri. Amma məzənnənin təsiri aradan qalxandan sonra büdcə kəsirinin təsiri güclənəcək. Staqflyasiya ona görə olur – iqtisadi daralma və inflyasiya”.

Mərkəzi Bankın bazara müdaxilələri

Türkiyə Mərkəzi Bankı 2014-cü ilin yanvarında bu tərəfə ilk dəfə valyuta bazarına müdaxiləsini etdi. Ümumilikdə beş dəfə müdaxilə edib, lakin nəticə almamışdı.

Hazırkı yaşadığımız dekabr ayında requlyatorun müdaxiləsinə baxdıqda;

  • 1 dekabr dollar/lirə məzənnəsi 13.87-yə yüksəldiyində ilk müdaxilə gəldi və məzənnə 12.42-yə qədər geriləsə də günü 13.20 ilə bağladı.
  • 3 dekabr məzənnə 13.8-i gördü və TCMB ikinci müdaxiləsini etdi. Məzənnə 13.3480-ə qədər geriləyəndən sonra sessiyanı 13.73 ilə bağladı.
  • 10 dekabrda artıq USD/TRY 14.00-a yaxınlaşdğını görən TCMB üçüncü müdaxiləsini etdi məzənnə 13.73 ilə bağlandı.
  • 14 dekabrda məzənnə həftəyə 13.8-dən 14.62 səviyyəsinə sıçradı. Dördüncü müdaxilə edildi. Məzənnə 13.62 səviyyəsinə düşsə də ertəsi gün 14.40 səviyyəsinə çatdı.
  • 15 dekabrda USD/TRY 15.00 səviyyəsinə aşdı, 16-da 15.74 səviyyəsinə qədər artmalı oldu.
  • 17 dekabrda TCMB beşinci dəfə müdaxilə etdi və məzənnə 17.14-dən 16.20-səviyyəsinə qədər düşdü.

Türkiyə Mərkəzi Bankının bu müdaxilələrdə 10 mlrd. dollara yaxın bir qəqəmdə xarici valyuta sata biləcəyi təxmin edilir, lakin bu rəsmidir.

Son xəbərlər
Digər xəbərlər