23 C
Baku
Thursday, August 11, 2022

Elman Rüstəmov Türkiyə Mərkəzi Bankı ilə birgə təşkil edilmiş sərginin açılışında iştirak edib

Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərginin açılış mərasimi keçirilib.

Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.

Sərginin açılış mərasimində çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Heydər Əliyev Mərkəzinin, Türkiyə və Azərbaycan Mərkəzi banklarının rəhbərliyinə, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu layihənin Heydər Əliyev Mərkəzində reallaşdırılmasının olduqca böyük rəmzi məna daşıdığını bildirib.

Elman Rüstəmov qeyd edib ki, ötən illərdə Türkiyə Mərkəzi Bankı Azərbaycanda bank sektorunun inkişafına, o cümlədən Mərkəzi Bankın formalaşmasına mühüm dəstək göstərib. Həmçinin Azərbaycan Mərkəzi Bankı da belə xarakterli layihələr həyata keçirir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənət kolleksiyasındakı seçmə əsərlərdən ibarət olan “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.

80384 428599 479999 605198 860444 913620

 

Son xəbərlər
Oxşar xəbərlər