26 C
Baku
Thursday, July 25, 2024

Türkiyə Mərkəzi Bankının müdaxilələri nəticəsizdir. USD/TRY məzənnəsi 18.00-i ötüb

21:00 radələrinə USD/TRY məzənnəsi ticarət sessiyası ərzində 1.6060 lirə, yaxud  9.78% artımla 18.0195 səviyyəsinə çatıb.


Həftənin yeni iş gününə dolların məzənnəsi Türkiyədə 1.28, yaxud 8% bahalaşaraq 17.7495 səviyyələrinə qədər rekord səviyyədə bahalaşdı.

Ötən həftə ərzində USD/TRY cütlüyü 13.80 səviyyəsindən 17.14 qədər yüksəkldi. Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini ölkədə inflyasiyanın 21% üzərində olmasına rəğmən 100 baza bəndi azaldaraq 14%-ə endirdi. Hətta bu qərar çıxmamış artıq lirənin məzənnəsi 15 səviyyəsinə yüksəldi. Türkiyə Mərkəzi Bankı məzənnəni qorumaq üçün bazara iki dəfə müdaxilə etsə də, bu yetərli olmadı.

2321312333

Məzənnənin dəyişməsində spekulyasiyalar və faiz elanları təsirli olur. Ötən həftənin son iş günü sərbəst bazara müdaxilə ediləcəyi ilə bağlı əsassız xəbər axını birjanın mart ayından bəri ən pis gününü yaşamasına səbəb olub. BIST 100 Cümə günü 6%-dən çox qazancını gələn mövqelərin bağlanması və çaxnaşma satışları ilə 8.5%-lik kiçilməli oldu.

Dolların məzənnəsi son bir saatda 17.50-nin üzərində ticarət edir və bazarlar Mərkəzi Bankın gün ərzində müdaxilə edə biləcəyini düşünür.

Türkiyə Mərkəzi Bankı 2014-cü ilin yanvarında bu tərəfə ilk dəfə valyuta bazarına ilk müdaxiləsini etdi. Hazırkı yaşadığımız dekabr ayında requlyatorun müdaxiləsinə baxdıqda;

  • 1 dekabr dollar/lirə məzənnəsi 13.87-yə yüksəldiyində ilk müdaxilə gəldi və məzənnə 12.42-yə qədər geriləsə də günü 13.20 ilə bağladı.
  • 3 dekabr məzənnə 13.8-i gördü və TCMB ikinci müdaxiləsini etdi. Məzənnə 13.3480-ə qədər geriləyəndən sonra sessiyanı 13.73 ilə bağladı.
  • 10 dekabrda artıq USD/TRY 14.00-a yaxınlaşdğını görən TCMB üçüncü müdaxiləsini etdi məzənnə 13.73 ilə bağlandı.
  • 14 dekabrda məzənnə həftəyə 13.8-dən 14.62 səviyyəsinə sıçradı. Dördüncü müdaxilə edildi. Məzənnə 13.62 səviyyəsinə düşsə də ertəsi gün 14.40 səviyyəsinə çatdı.
  • 15 dekabrda USD/TRY 15.00 səviyyəsinə aşdı, 16-da 15.74 səviyyəsinə qədər artmalı oldu.
  • 17 dekabrda TCMB beşinci dəfə müdaxilə etdi və məzənnə 17.14-dən 16.20-səviyyəsinə qədər düşdü.

Türkiyə Mərkəzi Bankının bu müdaxilələrdə 10 mlrd. dollara yaxın bir qəqəmdə xarici valyuta sata biləcəyi təxmin edilir, lakin bu rəsmidir.

Mərkəzi Bankın faiz dərəcələrini aşağı salmağa davam etməsi və daha sonra valyutanın bahalaşmasına müdaxilə etməsi pul siyasətinin təsirinin zəif olduğu düşüncəsinə səbəb olur.

Prezidentin faiz dərəcələrinin daha da aşağı düşəcəyi ilə bağlı açıqlamalarının təsiri ilə qiymətlərdə geriləmə bir qədər mümkünsüz görünür. Bundan əlavə, Türkiyə Mərkəzi Bankının svoplar xaric ehtiyatlarının mənfidə olması valyuta bazarına müdaxilə etmə şansını azaldır.

Son xəbərlər
Digər xəbərlər