4 C
Baku
Friday, March 29, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 643 milyon ABŞ dolları, yaxud 0,7% artaraq 88,189 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,908 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 243 milyon ABŞ dolları, yaxud 0,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 400 milyon ABŞ dolları, yaxud 0,9% artaraq 45,281 milyard ABŞ dolları təşkil edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər