13 C
Baku
Friday, April 19, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 792 milyon ABŞ dolları və yaxud 0,8% artaraq 106,214 milyard dollar yüksəlib.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 27,947 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 478 milyon dollar və yaxud 1,7% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 314 milyon dollar və yaxud 0,4% artaraq 78,267 milyard dollar olub.

©Report

Son xəbərlər
Digər xəbərlər