34 C
Baku
Friday, July 12, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,911 milyard ABŞ dolları və yaxud 1,8 % azalaraq 107,099 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 39,743 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,532 milyard ABŞ dolları, yaxud 3,7 % azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 380 milyon ABŞ dolları, yaxud 0,6 % azalaraq 67,356 milyard ABŞ dolları təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər