19.2 C
Baku
Sunday, September 25, 2022

Türkiyə Macarıstanla birgə PUA istehsal edəcək

Macarıstan və Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına başlamağı planlaşdırır.

Bu barədə “Daily Hungary” nəşri məlumat yayıb.

Məsələ Macarıstanın texnologiya və sənaye naziri Laslo Palkoviç ilə türkiyəli həmkarı Mustafa Varank arasında telefon danışığı zamanı müzakirə olunub.

Nəşrin məlumatına görə, Macarıstan xarici tərəfdaşlarla ölkə daxilində hərbi texnikaların istehsalına qərar verib.

Qeyd olunub ki, oktyabr ayında dörd təkərli zirehli döyüş maşınları istehsal ediləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər