27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə MN: Montrö konvensiyasının müəyyən etdiyi status-kvo qorunmalıdır

Biz Rusiya Federasiyası ilə Ukrayna arasında həm regionumuzun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələri diqqətlə izləyirik.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışlarını davam etdirir.

“Hesab edirik ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö boğazlar konvensiyası ilə müəyyən edilmiş status-kvo qorunmalıdır. Türkiyə konvensiyanın müddəalarını hər zaman diqqətli, məsuliyyətli və qərəzsiz həyata keçirib. Mövcud şəraitdə Montrö konvensiyası şəffaf şəkildə həyata keçiriləcək və müqavilənin tələblərinin yerinə yetirilməsi davam etdiriləcəkdir”,- deyə nazirlikdən vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər