13 C
Baku
Saturday, April 13, 2024

Türkiyə nümayəndə heyəti Azərbaycan HHQ-nin hərbi hissələrini ziyarət edəcək

Azərbaycan ilə Türkiyə arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək.

Son xəbərlər
Digər xəbərlər