22 C
Baku
Thursday, September 29, 2022

Türkiyə parlamentinin sədri Binəli Yıldırım istefa verəcək

Türkiyə parlamentinin sədri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Bələdiyyəsinə namizəd Binəli Yıldırım parlament sədri vəzifəsindən istefa verəcəyini bildirib.

Banker.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, namizədliklə bağlı müraciət edildikdən dərhal sonra parlament sədri vəzifəsindən istefa verəcək.

Qeyd edək ki, Binəli Yıldırımın parlament sədrindən istefası məsələsi namizədliyi açıqlandıqdan sonra mübahisə mövzusu olub.

Son xəbərlər
Oxşar xəbərlər