26 C
Baku
Saturday, July 27, 2024

Türkiyə Prezidenti Hindistanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda səfərdədir.

Ərdoğan sabah Hindistanın paytaxtı Yeni Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitinə qatılacaq.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Son xəbərlər
Digər xəbərlər