20 C
Baku
Friday, May 24, 2024

Türkiyə Putinin qaz qovşağı ilə bağlı təklifini müsbət dəyərləndirib

Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı qurulmasına dair təklifinə cavab verib.

Nazir bildirib ki, təbii qaz qovşağı texniki cəhətdən mümkündür.

Qeyd edək ki, Putin Türkiyədə Avropa üçün təbii qaz qovşağı qura biləcəklərinə dair təklif irəli sürüb. Onun sözlərinə görə, Rusiya Türkiyədə ən böyük qaz qovşağı yaradaraq “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya bilər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər