3 C
Baku
Monday, March 4, 2024

Türkiyə Rəqabət Qurumu “Nestle Türkiyə”yə iş qaldırıb

Türkiyə Rəqabət Qurumu “Nestle Türkiyə Qida Sənayesi” ilə bağlı araşdırmalara başlayıb.

Banker.az xəbər verir ki, bu barədə Rəqabət Qurumunun rəsmi internet saytında açıqlama verilib.

Qurum “Nestle Türkiye Qida Sənayesi AŞ”nin Rəqabətin Mühafizəsi haqqında Qanunun 4-cü maddəsini (distribyutorlarının təkrar satış qiymətini müəyyən etmək və distribyutorlarına bölgə və müştəri məhdudiyyətləri qoymaq) pozduğuna dair iddialarla bağlı ilkin araşdırma qərarını açıqlayıb.

22-55/850-M nömrəli Qərarda deyilir: “İlkin araşdırmada əldə edilən məlumatlar və sənədlər Rəqabət Şurasının 15.12.2022-ci il tarixli iclasında müzakirə edilib. Bu məlumat və sənədlər ciddi və yetərli hesab edilərək “Nestle Türkiyə Qida Sənayesi AŞ” barəsində iş qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər