24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedən azərbaycanlılardan bu sənədlər tələb olunacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər açıqlanıb.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov öz “Facebook” hesabında məlumat paylaşıb.

O bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur:

“Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən altı yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsini və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir”.

“Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir”, – deyə V.Hüseynov əlavə edib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər