27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının görüşü keçirilib – Yenilənib

Türkiyə, Rusiya və Ukrayna ombudsmanları Ankarada görüşəcək.

Bu barədə Türkiyə Ombudsman aparatının sədri Şeref Malkoç bildirib.

Qeyd edək ki, görüş 11-12 yanvarda baş tutacaq beynəlxalq ombudsmanlar konfransı çərçivəsində keçiriləcək.

Şeref Malkoç açıqlamasında qeyd edib ki, tərəflər görüş zamanı uşaq haqları, yaralılar və əsirlərin mübadiləsinə dair “yol xəritəsi”ni hazırlamağa çalışacaq.

Bundan əlavə, münaqişənin baş verdiyi ərazilərdə “qovuşma” dəhlizinin açılması da müzakirə olunacaq.

***

Antalyada Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşü keçirilib.

Görüşdə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets iştirak ediblər.

Tərəflər Ukraynadakı humanitar vəziyyəti, xüsusilə humanitar dəhlizin açılmasını müzakirə ediblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər