Türkiyə şirkəti istehsal etdiyi 300-dən çox avtobusu Azərbaycana göndərir

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin istehsalıdır.

Banker.az xəbər verir ki, Son 5 ildə 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki,  onların da 415 ədədi BMC şirkətinin istehsalıdır.

Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.