14 C
Baku
Wednesday, April 17, 2024

Türkiyə Türkmənistan qazının dünya bazarlarına çıxarılması üzərində işləməyə hazırdır

“Türkiyə enerji sektorunda Türkmənistanla tərəfdaşlığının səmərəliliyinə inanır və bu ölkənin təbii qazını, elektrik enerjisini dünya bazarlarına çıxarmaq üçün birgə işləməyə hazırdır”.

Bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Aşqabadda keçirilən “Türkiyə-Türkmənistan İş Forumu”nda deyib.

C.Yılmaz xatırladıb ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir: “İstər Türkmənistanın təbii qazını, istərsə də elektrik enerjisini dünya bazarlarına çıxarmaq üçün böyük layihələr həyata keçirməyə hazırıq. Əldə etdiyimiz razılaşmalar göstərir ki, bu sahədə tərəfdaşlığın böyük perspektivləri var”.

O qeyd edib ki, Türkiyəyə qayıtdıqdan sonra ölkənin Energetika Nazirliyi ilə birlikdə bu istiqamətdə mühüm addımların atılması üçün bütün müvafiq strukturları fəaliyyətə cəlb edəcək.

Son xəbərlər
Digər xəbərlər