Türkiyə üçün iqtisadi artım proqnozlarını aşağı sald;

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyə üçün iqtisadi artım proqnozlarını aşağı salıb.

Banker.az Report-a istinadən xəbər verir ki, qurum bu il Türkiyə iqtisadiyyatının 3,2%, gələn il isə 0,5% böyüyəcəyini proqnozlaşdırır. İndiyə qədər bu göstəricilər müvafiq olaraq 5,1% və 4,9% idi.

Qeyd edək ki, Türkiyənin bu gün açıqladığı yeni iqtisadi proqramda da iqtisadi artım proqnoz azaldılıb. Belə ki, iqtisadiyyatın böyümə tepmpi 2018-ci il üçün 5,5%-dən 3,8%-ə, 2019-cu il üçün 5,5%-dən 2,3%-ə 2020-ci il üçün 5,5%-dən 3,5%-ə endirilib.