9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Türkiyə uçuşları bərpa etməyə hazırlaşır

Yeni növ koronavirus (COVID-19) səbəbindən daxili reysləri mayın 20-dək, xarici reysləri isə mayın 28-dək dayandıran Türk Hava Yolları (THY) iyun, iyul və avqust aylarında uçuşlar həyata keçirməyə planlaşdırır.

“Qafqazinfo” “Anadolu” agentliyi xəbər verir ki, daxili uçuşlara iyun ayında başlamaq istəyən aviaşirkət xarici uçuşları tədricən təşkil edəcək.

Üç aylıq uçuş planlamasına görə, iyun ayında 19 ölkənin 22 nöqtəsinə hər həftə 75 uçuş həyata keçiriləcək. Bundan əlavə, iyul ayında hər həftə 74 ölkəyə və 103 istiqamətə 572 uçuş, avqustda isə 98 ölkə və 160 istiqamətə həftəlik olaraq 987 uçuş baş tutacaq.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər