Türkiyə-Ukrayna hərbi əməkdaşlıq sənədi təsdiqlənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında 2020-ci ildə imzalanmış Hərbi yardıma dair müqavilə Ukrayna Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.

Hərbi və müdafiə ilə bağlı 21 sahədə əməkdaşlığa dair ortaqlığı özündə birləşdirən müqavilənin təfərrüatı barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, bu müqavilə 2020-ci il oktyabrın 16-da prezidentlər tərəfindən imzalanıb. Nazirlər Kabinetinin təsdiqindən sonra sənəd ratifikasiya üçün Ukrayna parlamentinə təqdim ediləcək. Sənədin parlamentdə səs qazanacağı gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.