12 C
Baku
Cümə axşamı, May 26, 2022

Türkiyə Ukraynaya yardım göndərəcək

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar deyib ki, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazırdır.

Nazir Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib. O, tez bir zamanda sülh bağlamağın vacibliyini vurğulayıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər