31 C
Baku
Monday, July 15, 2024

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə məsələləri müzakirə edilib.

Bundan əlavə, iki ölkənin vacib müttəfiq olduğunu xatırladan nazir Akar, antiterror əməliyyatlarının Türkiyənin özünümüdafiə hüququ çərçivəsində aparıldığını bildirib.
Hulusi Akar hədəfin yalnız terrorçular olduğunu vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər