13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Türkiyə və ABŞ prezidentləri görüşüb – Cənubi Qafqazdan da danışdılar

Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin ikitərəfli görüşü keçirilib.

Görüş “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutub. Görüşdə həmçinin Cənubi Qafqazda diplomatik səylər də nüzajirə edilib.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

“Lliderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər” – deyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası görüşsonrası açıqlamasında bildirilir.

Son xəbərlər
Oxşar xəbərlər
X