20 C
Baku
Friday, October 11, 2024

Türkiyə və ABŞ ticarət həcmini 100 mlrd. dollaradək artıracaq

Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib.

“Strateji mexanizm çərçivəsində ildə ən azı iki dəfə nazirlərin görüşlərinin keçirilməsi barədə razılığa gəldik. Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə uzlaşdıq. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini ötən ilin yekununda olan 34 milyard dollardan ildə 100 milyard dollaradək artırmağı qarşımıza məqsəd qoymuşuq.”, – Çavuşoğlu qeyd edib.

XİN başçısı əlavə edib ki, o, ABŞ dövlət katibini Türkiyəyə səfərə, eləcə də mart ayında Antalyada keçiriləcək beynəlxalq diplomatik forumda iştirak etməyə dəvət edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər