15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Türkiyə və Azərbaycanın Hərbi Dəniz Qüvvələri danışıqlar aparır

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

 

Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Modern.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər