26 C
Baku
Saturday, July 27, 2024

Türkiyə və Azərbaycanın Sumqayıtdakı ortaq şirkətinin kapitalı 25% artırılıb

Türkiyənin “Assan Panel” şirkəti və Sumqayıt Texnologiya Parkının birgə müəssisinə iki il sonra yenidən maya qoyulub.

Banker.az xəbər verir ki, “Assan-STP Panel” MMC-nin nizamnamə kapitalı 850 min manat, yaxud 25% artırılmaqla 4.25 milyon manata çatdırılıb artırılıb. Qeyd edək ki, sonuncu dəfə kapital artımı 2021-ci ilin dekabrında olmuşdu. Həmin dövrdə də 850 min manat artımla 3.4 milyon manata çatdırılmışdı.

Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holding”ə aid “Assan Panel Sanayı ve Ticaret A.Ş.” (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə 2021-ci ilin ilk rübündə müqavilə imzalayıblar.

“Assan-STP Panel” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər