-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüş yeri bəlli oldu

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün təyin olunan xüsusi nümayəndələrin ilk görüşünün Moskvada keçirilməsi planlaşdırılır.

Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən 2021-ci ilin yekunlarına dair mətbuat konfransında açıqlayıb.

 

Xatırladaq ki, sözügedən xüsusi nümayəndələr Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

Son xəbərlər
Oxşar xəbərlər