12 C
Baku
Friday, March 29, 2024

Azərbaycandan fərqli olaraq Türkiyə və Gürcüstan bu vergi növü üzrə ƏDV-ni ləğv edir

“Bizim bütün sahələrdə geriliyimiz özümüzlə bağlıdır”

“2012-ci ilin tədqiqatlarına görə, Türkiyədə televiziya izləmə müddəti son bir ildə 3,5 saatdan 4 saata yüksəldi. Bu dünya birinciliyi deməkdir. Almaniyada bir adam gündə 24 dəqiqə kitab oxuyarkən, Türkiyədə bir adam 16 saniyə kitaba vaxt ayırır. Bir yapon ildə 25, bir isveçli 10 kitab oxuyarkən, bu müddətdə Türkiyədə 6 adam cəmi 1 kitab oxuyur”.

Bunu deputat Fazil Mustafa Azərbaycanda çap məhsullarının ƏDV-dən azad edilməsi barədə fikirlərini bölüşərkən deyib.

Deputat qeyd edib ki, 5 milyon əhalisi olan Finlandiyada 1202 kitabxana, 80 milyon əhalisi olan Türkiyədə isə 1434 kitabxana var:

“Beynəlxalq standartlara görə xalq kitabxanalarında 123 milyon kitab olması nəzərdə tutulsa da, Türkiyədə bu rəqəm sadəcə 13 milyondur. Kitabxanalarda qeydiyyatı olan oxucu sayı 254 mindir. İnsan İnkişafı indeksinə görə kitab oxuma baxımından 86-cı sıradadır. Ən maraqlısı da budur ki, insan ehtiyacları sırasında kitab 235-ci yerdə gəlir. Yəni kabab, çörək, maşın, siqaret, rakıdan çox-çox sonra… (Mənbə: “Çocuklar için felsefe eğitimi”, Ankara 2013, s. 69)”.

Hazırda 2019-cu ilin sonları olduğunu xatırladan deputat burada qeyd olunan durumda müsbət dəyişikliklərin mövcud olduğunu deyib:

“O ölkədən söhbət gedir ki, orada həqiqətən kitab tərcüməsi və çapı yüksəlişdədir. Azərbaycanda durum daha acınacaqlıdır. Statistikasız da söyləmək mümkündür. Bizdən fərqli olaraq Türkiyə kitab və çap məhsullarına tətbiq edilən 8%-lik ƏDV-ni sıfırladı ki, kitab nəşrini stimullaşdırsın, kitab oxumağa meyli artırsın… Gürcüstan da kitaba və çap məhsullarına qoyulan ƏDV-ni tam olaraq götürdü. Azərbaycanda isə dəfələrlə müraciət etməmizə baxmayaraq 18% ƏDV qalmaqdadır. Bizim bütün sahələrdə geriliyimiz özümüzlə bağlıdır. Zamanın çağırışlarına yaxalaya bilmədiyimizdəndir”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər