27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə və Səudiyyə Ərəbistanı arasında sənədlər imzalanıb

Türkiyə və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair beş sənəd imzalanıb.

Bu barədə Türkiyə Prezidentinin Ofisinin rəsmi “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi və “Baykar” şirkəti arasında əməkdaşlığa dair saziş, Türkiyə Milli Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair uyğulama planı, Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyi ilə Səudiyyə Ərəbistanının Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Türkiyənin Kommunikasiya Nazirliyi ilə Səudiyyə Ərəbistanının İnformasiya Nazirliyi arasında rabitə və kommunikasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər