12 C
Baku
Thursday, March 28, 2024

Türkiyə və Ukrayna ticarət hesablaşmalarında dollardan imtina edirlər

Türkiyə və Ukraynanın ticarət sahəsindəki hesablaşmalarda milli valyutaya keçməsi, iki tərəfli əməkdaşlığın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə və ticarətin artmasına kömək edir.

Banker.az xəbər verir ki, bu haqda Anadolu Agentliyinə Türkiyə-Ukrayna İş Şurasının rəhbəri Rasim Pekmezci məlumat verib. 

Onun fikrincə, bunun üçün Ukraynanın, xüsusən onun texnoloji infrastrukturun imkanlarını yaxşı öyrənmək lazımdır.

Türkiyə ilə Ukrayna arasında yüksək strateji dialoq mexanizmi dövlət başçıları səviyyəsində fəaliyyət göstərir.

Onun sözlərinə görə, keçmiş sovet respublikaları arasında Ukrayna Türkiyənin Rusiyadan sonra ikinci ən böyük xarici ticarət tərəfdaşıdır. 

Rasim Pekmezci Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsinin 4,5 milyard dollar səviyyəsində olduğunu söyləyib. 

Şura rəhbəri qeyd edib ki, Ukrayna Aİ ilə sərbəst ticarət zonasının yaradılmasını nəzərdə tutan assosiativ saziş imzalayıb.

Onun sözlərinə görə, sənaye müəssisələrinin 25%-i Ukraynanın işğal olunmuş ərazilərində qalıb.

Şura rəhbərinin sözlərinə görə, Ukrayna və Türkiyənin ümumi əhalisi 122 milyon nəfərdir.

Onun fikrincə, iki ölkənin ticarətini 10 milyard dollara çatdırmaq çətin olmayacaq.

Türkiyə və Ukrayna arasında sərbəst ticarət ilə bağlı danışıqlar 8 ildir ki, davam edir, Şura rəhbəri əlavə edir. 

Son xəbərlər
Digər xəbərlər