21 C
Baku
Friday, July 1, 2022

Türkiyə vətəndaşlığı almaq istəyənlərin nəzərinə – Şərtlərdə dəyişiklik edilir

Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.

Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq.

Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib.

Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici valyuta məbləğində daşınmaz əmlak almaq kifayət etməyəcək.

Qəbul edilən qərarın həyata keçirilməsi üçün Türkiyə Vətəndaşlığı Qanununun Tətbiqinə dair Əsasnaməyə dəyişikliklərin edilməsi gözlənilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər