25 C
Baku
Saturday, April 20, 2024

Türkiyə XİN Azərbaycan qazının Avropaya tədarükünü asanlaşdıracaq

Ankara Azərbaycan qazının əlavə həcmlərinin Avropaya ixracına yardım etməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə  Budapeştdə keçirdiyi birgə mətbuat konfransında bildirib .

“Türkiyə qarşıdakı dövrdə Azərbaycanda hasil ediləcək əlavə qazın Macarıstana və bəzi Cənub-Şərqi Avropa ölkələrinə çatdırılması üçün hər cür dəstəyi verəcək  “, – Çavuşoğlu bildirib.

Həmçinin Türkiyənin xarici işlər naziri Macarıstanla enerji sahəsində əməkdaşlığın sonradan gücləndiriləcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, Szijarto əvvəllər fevralda keçiriləcək İstanbul Qaz Forumunda iştirakını təsdiqləyib.

Eyni zamanda, Macarıstanın xarici işlər naziri Türkiyənin Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində danılmaz rolunu qeyd edib.

Ötən həftə Szijarto bildirib ki, Rumıniya , Bolqarıstan və Slovakiya Avropa Komissiyasından Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun inkişafı üçün vəsait ayırmağı xahiş ediblər  .

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər