20 C
Baku
Friday, October 11, 2024

Türkiyə XİN başçısı: “Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var”

“Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var. Keçmişdə Azərbaycanın yerini bilməyənlər bu gün Bakıya tez-tez gələrək “bizə qaz verin” deməyə başladılar”.

Bu fikirləri  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, keçmişdə Azərbaycanın üzünə baxmayanlar bu gün “Azərbaycan çox yaxşı ölkə, İlham Əliyev də yaxşı liderdir” deməyə başlayıblar: “Amma bu, mənfəət dünyasıdır. Bizim üçün önəmli olan Türkiyə və Azərbaycan xalqının rifahı üçün nə addımlar ata bilərik deyə düşüncəsində olmaqdır. Ona görə TANAP boru xəttinin həcmini artırmaq lazımdır. Bu gün tək özümüz üçün deyil, Avropa da başda olmaqla dünyanın ehtiyacını qarşılamaq üçün işbirliyi edirik”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər