30 C
Baku
Thursday, August 11, 2022

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

“Biz Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izləyirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan hakimiyyəti və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək. Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər