26 C
Baku
Tuesday, July 16, 2024

Türkiyə yeni havadan müdafiə sistemi yaradıb

Türkiyənin ASELSAN şirkəti yeni hava hücumundan müdafiə sistemi hazırlayıb.

Bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, “Gürz” adlı sistem aşağı hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

“Gürz” pilotsuz uçuş aparatları (PUA), helikopter, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer sursatlarını məhv edə biləcək.

Hava hücumundan müdafiə sistemi ilk dəfə IDEF-2023 sərgisində nümayiş etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər