13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Türkiyədə “Ən Zəngin 100” ailə və biznesmen – SİYAHI

Türkiyənin Ekonomist jurnalı ənənəvi “Ən Zəngin 100” araşdırmasının növbəti – 18-ci buraxılışını təqdim edib. Pandemiyanın təsirlərinin davam etdiyi 2021-ci ildə qlobal inflyasion təsirlər, Türkiyə Mərkəzi Bankının faiz siyasəti ve bunun xarici valyuta məzənnəsinə təsirləri “Ən Zəngin 100”-ə təsir edən başlıca amillər olub.
Türk lirəsinin dəyər itirməsini, birjada dollar ifadəsində itkiləri, daxili bazarda canlanmanın yetərincə olmamasını, turizm sahəsində itkilərin davam etməsini izləyən tədqiqatçıların rəyinə görə, işlərini xaricə köçürən və ya qazancının önəmli qismini ixracdan əldə edən ailələr daha şanslıdırlar.
Bu il siyahıda Koç ailəsi, iyul ayında vəfat edən Şövkət Sabancının ailəsi ilə Erol Sabancı və ailəsi yenə ilk üçlükdə yer alıblar.
Bundan başqa rəqəmsal dünyanın gətirdiyi fürsətləri yaxşı dəyərləndirənlərin də “Ən Zəngin 100” siyahısına daxil olduğunu görürük. Türkiyənin “Peak” yerli oyun şirkətinin qurucusu və baş icraçı direktoru Sidar Şahindən sonra bu il “Trendyol”un qurucuları Demet Mutlu və Ənvər Üçok ilə “Getir”in qurucusu Nazim Salur və “STFA”nın rəhbəri Daşkənd ailəsi siyahıya daxil olub.

Bu ilin siyahısına baxdıqda üst sıralarda önəmli bir dəyişiklik olmadığını deyə bilərik. Koç ailəsi, araşdırmanın bir il öncəki – 17-inci buraxılışında da ən üst sırada yer alıb. İl içində vəfat edən “Esas Holding”in qurucusu Şövkət Sabancının ailəsi və Erol Sabancı ilə ailəsi də siyahının yuxarısında yerini qoruyub.
Sabancı ailəsinin təmsilçiləri ilə yanaşı Tara, Əczaçıbaşı, Özyeyin, Doğan, Ülkər, Özokur, Zorlu, Şahənk ailələri də siyahıda yuxarı sıralarda yer almağa davam edir.
Banker.az bu ilin “Ən Zəngin 100” türk iş adamı və ailələrin, həmçinin 18 ildə “Ən Zəngin 100”-də ilk üçlükdə yer alan ailələrin siyahısını təqdim edir:

1siyahi

2siyahi

3siyahi

 

Son xəbərlər
Oxşar xəbərlər
X