22 C
Baku
Wednesday, May 22, 2024

Türkiyədə 109 tonluq qızıl mədəni fəaliyyətə başladı

Türkiyədə “Gübretaş Mədən İnvestisiyaları A.Ş.”yə məxsus Söyüd qızıl mədən müəssisəsinin açılışı olub.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və “Gübretaş Mədən İnvestisiyaları”nın Baş direktoru Halit Semih Demircan çıxış edib.

Qeyd edilib ki, bu qızıl mədəni üçün investiyalarla bağlı işə 2021-ci ilin yanvar ayından etibarən başlanılıb.

Mədəndə rezerv olaraq 60 ton, qaynaq olaraq 109 ton qızıl müəyyən edilib. Hazırki rezervə görə mədənin ömrünün 20 il olacağı bildirilir.

Mədən sahəsində investisiya fəaliyyətləri üç mərhələdə, üç illik həyata keçiriləcək. Birinci mərhələ üçün 70 milyon dollar sərmayə qoyulub. Birinci mərhələdə illik istehsal gücü 2.5 ton olacaq. İkinci və üçüncü mərhələlərlə birlikdə sərmayənin ümumi həcmi 500 milyon dollara çatacaq. İkinci və üçüncü fazalar işə düşəndə ​​mədən illik 6.5 ton istehsal gücünə çatacaq.

Söyüd qızıl mədənində minə yaxın insan işlə təmin olunub. Gələcəkdə buradakı işçi sayı 1300-ə çatdırılacaq.

İstanbul Birjası Qiymətli Metallar Bazarı məlumatlarına görə, Türkiyə keçən il 265 ton qızıl idxal edib, 31 ton qızılı isə özü hasil edib. Demircan bildirib ki, mədənin fəaliyyəti nəticəsində qızıl idxalında azalma olacaq. Keçən il Biləcikdə bir mədən şirkətinin 80%-ini aldıqlarını deyən Dəmircan burada da kəşfiyyat işlərinin davam etdiyini bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər