13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Türkiyədə 2022-ci ildə 1 dollar 14 lirəyə çata bilər – Üç nəhəng bank buna dair nə düşünür?

Türkiyə Mərkəzi Bankının ötən gün verdiyi qərarın ardından bir sıra böyük banklar yeni proqnozlar açıqladı.

Banker.az xəbər verir ki, “JP Morgan” növbəti ay dekabrda – TCMB-nin faiz dərəcəsinin daha 1 faiz bəndi azalacağını ehtimal edir, lakin bu qiymət volatilliyinə dayanıq olaraq qərar veriləcək.

“Goldman Jachs” TCMB-nin faiz artıracağı proqnozunu isə 2022-ci ilin üçüncü rübündən ikinci rübünə qədər çəkib. Yəni, bank ehtimal edir ki, Mərkəzi Bank faiz dərəcəsinə yalnız 2022-ci ilin aprel-iyun aralığında artıra bilər.

Fransanın investisiya bankı “Société Générale” isə dekabr ayında TCMB-nin 1 faiz bəndi uçot faiz dərəcəsini endirəcəyini proqnoz edir. Bu bankın analtiki Phoenix Kalen deyib ki, TCMB-nin 2022-ci ildə faiz artımına gedə biləcəyini də diqqətə çatdırıb. Kalenə görə,  önümüzdəki günlərdə lirənin sürətli ucuzlaşma yaşayacağı və TCMB-nin isə sərt monetar siyasətə yenidən əl atacağını proqnoz edir. Hətta requlyatorun  növbəti ilin ilk rübündə faiz dərəcəsini 19%-ə qədər qaldırmasını proqnoz edir.

“Société Générale” 2022-ci ilin ilk rübünün sonuna USD/TRY cütlüyünün 11.5 səviyyəsinə qədər ralli edəcəyini proqnoz edir. Halbu ki, bank bundan öncəki (oktyabrda) lirənin dollar qarşısında müvafiq proqnoz etdiyi tarixdə 10.5 səviyyədə olacağını qeyd edirdi.

Fransız bankı, 2022-ci ilin ikinci rübünün sonuna USD/TRY üçün proqnozunu 11.50-dən 12.20-yə, üçüncü rübün sonu üçün 12-dən 13-ə və ilin sonuna isə 12.50-dən 13.90 qədər artırıb.

Son xəbərlər
Oxşar xəbərlər
X