21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Türkiyədə 3 bölgədə yanğın nəzarətə alınıb, Bodrum və Milasda isə yanğının miqyası genişlənir

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyənin 9 vilayətində baş verən genişmiqyaslı meşə yanğınının bir qismi nəzarət altına alınıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Kütahyanın Emet qəsəbəsindəki yanğının söndürüldüyünü bildirib.

Bundan başqa Adananın Kozan rayonunda yanğın nisbətən nəzarətə alınıb, Kütahyanın Samrık dərəsi kəndində 5 saatlıq, Muğlanın Köyceğiz qəsəbəsində 6 saatlıq fasiləsiz fəaliyyətlərdən sonra yanğının qarşısı alınıb.

Aydın Germencik rayonundakı biogaz qurğularında baş verən yanğının qarşısının alınması üçün isə yanğınsöndürənlərin müdaxilələri davam edir.

Muğlanın Bodrum və Milas rayonu sərhədində yanğının miqyası böyüyür. Yanğın Milas rayonunun Meşəlik məhəlləsində yerləşən otellərə də yayılıb. Otellərdəki turistlər təxliyə edilib.

Hadisə yerində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər