15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Türkiyədə 30 milyon manata ada satılır

faizlere

Türkiyəyə məxsus, Egey dənizində yerləşən Kiçik Oraq adası satışa çıxarılıb.

Xəbəri “Hurriyet Daily News” yayıb.

22,6 hektar ərazisi olan ada inzibati cəhətdən Muğla vilayətinə daxildir və kurort şəhəri Bodrumun yaxınlığında yerləşir.

Bu ərazilər pandemiya dövründən əvvəl turistlərin istirahət üçün üz tutduqları ən məşhur yerlərdən biri idi.

Adanın ərazisində dəbdəbəli villa, bir bina və zeytun bağları var.

Ərazi qorunur və yeni tikinti işlərinin aparılmasına icazə verilmir. Adanın sahibləri ərazini 125 milyon türk lirəsinə (təxminən 30 milyon manat) satır.

©Oxu

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər