8 C
Baku
Wednesday, November 30, 2022

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artır

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 214 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 82,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 42.9 milyon türk lirəsi təşkil edib” – deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (176) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65.7 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 18 ixracat, 19 karqo, 108 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumi kapitalı 42.9 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X