27 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə bankları tənzimləyən agentlik yeni svop qərarı verdi – sərt addımlara davam

Bank Tənzimləmə və Nəzarət Agentliyi bu gün verdiyi qərarla xarici banklarla svop əməliyyatlarında limitləri artırıb.

Sentyabrdan sonra monetar siyasəti yenidən sərtləşdirən Agentlik bununla bağlı belə açıqlama verib:

“Son dönəmlərdə aparılan monetar siyasətin sərtləşdirilməsi tədbirlərinin davamı olaraq qurumun 11.11.2020 – ci il tarixli 9248 saylı qərarı ilə, 25.09.2020 tarixli, 9169 saylı qərarda yer alan digər məqamların qüvvədə qalması şərtilə bankların konsolidasiyaya məruz qalan xarici kredit təşkilatları və maliyyə qurumları ilə müştərək həyata keçirdikləri əməliyyatlar istisna olmaqla, ölkə xaricində yerləşən qurumlarla aparıldığı zaman TL satışları istiqamətində həyata keçirəcəkləri valyuta svopu, forvard, opsion və digər törəmə əməliyyatlarla əlaqəli sözügedən əməliyyat məbləğlərinin cəmi, bankların ən son hesablanmış hüquqi kapitallarına nisbəti olaraq təyin olunan məhdudiyyətin

– Vaxtına 7 gün qalan əməliyyatlar üçün 2% əvəzinə 5%,

– Vaxtına 30 gün qalan əməliyyatlar üçün 5% yerinə 10%,

– Vaxtına 1 il qalan əməliyyatlar üçün 20% yerinə 30% olaraq yenidən müəyyənləşdirilməsinə qərar verilmişdir”.

 

Son xəbərlər
Digər xəbərlər