Türkiyədə benzin kəskin bahalaşdı

Neftin bahalaşması, eləcə də, dolların məzənnəsinin inkişaf etmiş ölkələrin valyutalarına nisbətdə yüksəlməsi Türkiyədə benzinin qiymətinin qalxmasına səbəb olub.

Mayın 14-dən 15-nə keçən gecədə qonşu dövlətdə benzinin dəyəri 18 kuruş bahalaşıb.

Hazırda İstanbulda benzinin litri 6,20 (2,41 manat), dizel yanacağı isə 5,60 türk lirəsi (2,17 manat) təşkil edir.

Xatırladaq ki, mayın 9-da Türkiyədə yanacağın dəyəri ucuzlaşmışdı.