Türkiyədə BMW-nin X5 modelinin qiyməti 1 mln. lirədən baha satılacaq

Türkiyə Vaşinqtonun sanksiyalarına ABŞ-dan gətirilən bəzi məhsullara əlavə vergi tətbiq edərək cavab verib.

Türkiyə mətbuatına istinadla, qərara görə, ABŞ-dan gətirilən minik və sərnişin daşıma üçün istifadə edilən mühərrikli nəqliyyat vasitələrinə 120 faiz gömrük vergisi tətbiq olunacaq.

Məlumata görə, Amerikadan Türkiyəyə BMW-nin X3, X4, X5 və X6 modelləri, Mercedes GLE və GLS SUV modelləri gətirilir.

Xatırladaq ki, iyunun 21-də Türkiyə Amerikadan idxal edilən avtomobillər üçün 60 faiz gömrük vergisi tətbiq etmişdi.

Keçən il 87 milyon dollar olan bu idxalat yeni vergilərlə birlikdə 52 milyon artacaq.

Xatırladaq ki, X5-in hazırda satış qiyməti 606 min lirədən (93900 dollar) başlayır. 120 faiz əlavə vergi isə bu rəqəmin 1 milyon lirəyə qalxması deməkdir. Yəni bundan sonra Türkiyədə BMW-nin X5 modeli 150 min dollardan baha satılacaq.

– Sputnik