26 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə dollar əmanətləri azalsa da, avro kütləsi artıb

Türkiyə prezidenti R.T.Erdoğanın “dollarınızı satın, lirə və qızıl alın” çağırışından sonra 2-9 dekabr hesabat həftəsində vətəndaşlar xalis 343 mln. dollarlıq valyutanı lirəyə çevirib, dollar hesablarındakı azalma isə 1,139 mlrd. olub. “Habertürk” saytına istinadən xəbərə görə, bu məlumat Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən açıqlanıb.

TCMB-yə görə, dekabrın 2-9-da banklarda olan valyuta hesabları 343 mln. və ya 0,25% azalaraq 136,676 mlrd. dollardan 136,033 mlrd. dollara düşüb. Bundan dollar hesabları 1,139 mlrd. və ya 1,35% azalaraq 84,529 mlrd. dollardan 83,390 mlrd. dollara enib.

Bununla yanaşı, hesabat həftəsində avro hesablarında əksinə, artım yaşanıb. Avrodada olan bank vəsaitləri 402 mln. avro və ya 0,92% artaraq 43,443 mlrd.-dan 43,845 mlrd.-a yüksəlib. Həmçinin, qızıl hesablarında 519 mln. dollarlıq artım baş verib.

Valyuta dəyişikliyi türk lirəsində olan hesabları da artırıb – TRY hesabları 3,1 mlrd. lirə və ya 0,4% artaraq 757,601 mlrd. lirədən 760,713 mlrd.-a yüksəlib.

Son xəbərlər
Digər xəbərlər