36 C
Baku
Wednesday, August 17, 2022

Türkiyədə “dollar əmanətlər”i yerləşdirənlərə “sürpriz” etdi

Türkiyədə lirədə olan bank əmanətlər üzrə vergi dərəcələri azaldılıb, xarici valyutada olan əmanətlər üzrə vergi dərəcələri isə qaldırılıb.

“Anadolu”ya istinadən xəbərə görə, bununla bağlı ölkə prezindenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Xarici valyutada olan təcili əmanətlər üzrə vergi dərəcələri 18%-dən 20%-dək, bir illik əmanətlər üzrə dərəcələr isə 15%-dən 16%-dək qaldırılıb. Bir ildən çox olan təcili əmanətlər üçün vergi dərəcəsi dəyişilməz olaraq 13% səviyyəsində saxlanılıb.

Milli valyutada olan təcili əmanətlər üzrə vergi dərəcələri 15%-dən 5%-dək, bir illik əmanətlər üzrə dərəcələr isə 12%-dən 3%-dək qaldırılıb. Bir ildən çox olan təcili əmanətlər üçün vergi dərəcəsi sıfırlanıb. Əvvəl bu göstərici 10% təşkil edirdi.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər